“Dünyanı dəyişdirəcək və bizi dəyişəcək günlərdir” - Almaniya prezidenti

"Ukraynadakı vəziyyətə görə ölkəni çətin günlər gözləyir".

Olaylar.az RİA-ya istinadən bildirir ki, bu sözləri Almaniyanın prezidenti Frank -Valter Ştaynmayer  Bellevue sarayında Berlin Filarmonik Orkestrinin konsertindən əvvəl deyib.

"Dünyanı dəyişdirəcək və bizi dəyişəcək günlərdir. Bəlkə də təsəvvür etdiyimizdən daha sürətli dəyişiklər gedir. Sadə həqiqət ondan ibarətdir ki, bütün diplomatik səylərə baxmayaraq, qarşıda çoxlu çətinliklər var", - deyə prezident deyib.

Onun sözlərinə görə, almanlar möhkəm olmalı və sərt  qənaət tədbirləri görməyə hazırlaşmalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31