Taliban Əfqanıstanda "BBC" telekanalının yayımını qadağan edib

Əfqanıstanda hakimiyyətə gələn "Taliban" hərəkatının qurduğu yeni hökumət Böyük Britaniyanın "BBC" telekorporasiyasına ölkədə qadağa tətbiq edib.

Olaylar.az bildirir ki, bu barədə Əfqanıstanın "TOLO News" telekanalı xəbər yayıb.

Məlumata əsasən, "Taliban" hökuməti ölkədə "BBC Pashto TV"nin yayımını qadağan edib.

Bildirilir ki, telekanalın nümayəndəliyində sözügedən qadağanın tətbiq edildiyini təsdiq ediblər.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31