Bayden göndərmir, Polşa əl çəkmir

Polşa hakimiyyəti ABŞ-ın imtina etməsinə baxmayaraq, Ukraynaya NATO sülhməramlı missiyasının göndərilməsi ideyasından əl çəkmir.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev deyib.

"Sülhməramlı əməliyyat ideyasına gəlincə, hər şey aydın şəkildə ifadə olunub, amerikalılar qoşunlarını göndərməyəcəklərini bildiriblər. NATO-nun baş katibi deyib ki, belə bir əməliyyat nəzərdə tutulmur. Lakin Polşa rəsmiləri bu ideyanı daha da inkişaf etdirməkdən imtina etmədiklərini bildirirlər", - səfir qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31