“Türkiyə S-400 komplekslərini Ukraynaya verməyəcək” - Çavuşoğlu
26 Mart 2022 23:56 Dünya"Türkiyə tərəfindən "S-400" zenit raket komplekslərinin Ukraynaya verilməsi məsələsi gündəmdə deyil".
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Doha Forumu"nda çıxışı zamanı deyib.
"S-400"lərin sövdələşməsi həyata keçirildi, satın alındı. Biriləri bunu dedi: "Türkiyə S-400-ləri Ukraynaya versin". Belə zənn edirəm ki, bunu amerikalılar deyib, amma bu, müzakirə mövzusu belə deyil", - deyə Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, "Reuters" agentliyi öz mənbələrinə istinadən yazıb ki, ABŞ Türkiyəyə Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə vasitələrinə ukraynalı hərbçilərə verməyi təklif edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31