"Kremlin dedikləri doğru deyil" - Bayden
26 Mart 2022 23:22 Dünya"NATO-nun Rusiyada vəziyyəti gərginləşdirmək planları barədə iddialar həqiqətə söykənmir. Alyans yalnız müdafiə üçündür".
Olaylar.az bildirir ki, bu barədə ABŞ prezidenti Bayden Polşada mətbuat konfransında çıxış edərkən deyib. Toplantı Ağ Ev tərəfindən canlı yayımla nümayiş olunub.
"Kreml NATO-nun genişlənməsini Rusiyada qeyri-sabitilik yaratmağa hədəflənən imperialist layihə kimi qələmə verməyə çalışır. Burada heç bir həqiqət yoxdur. NATO tam olaraq müdafiə üçün olan Alyansdır"- deyə ABŞ prezidenti bildirib.
"Heç bunu ağlınıza da gətirməyin. NATO öz ərazisinin hər bir metr yerini kollektv şəkildə müdaifə edəcək. Bununla bağlı bizim müqəddəs öhdəliyimiz var"- deyə Bayden bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31