ABŞ dövlət katibi İsrail və Fələstinə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken bu gun İsrailə səfər edəcək. E.Blinken burada hökumətinin nümayəndələri ilə görüşəcək, sabah isə Fələstinə səfər edəcək.

Olaylar.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında deyilib.

"Dövlət katibi Blinken martın 26-28-də İsrailə səfər edəcək və burada baş nazir [Naftali] Bennett, İsrailin xarici işlər naziri Yair Lapid, İsrailin müdafiə naziri Benni Qantz və İsrail prezidenti Yitshak Hertsog ilə görüşəcək", - deyə bildirilib.

E.Blinken İranı və Fələstin-İsrail münaqişəsini müzakirə etmək niyyətindədir. O, həmçinin Bəhreyn, Misir, İsrail, Mərakeş və BƏƏ-dən olan həmkarları ilə birlikdə diplomatik sammitdə iştirak edəcək.

Dövlət Departamentindən bildirilib ki, E.Blinken sabah İordan çayının qərb sahilidəki Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla danışıqlar aparacaq.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31