Ukrayna ordusu Trostyanes şəhərinin bir hissəsini azad edib - FOTO
26 Mart 2022 22:00 DünyaUkrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərinə daxil olub.
Olaylar.az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsinin feysbuk sosial şəbəkəsindəki məlumatı var.
Məlumata görə, Ukrayna qoşunları tezliklə şəhər üzərində nəzarəti tam bərpa etməyə yaxındır.
Qeyd edilir ki, Ukrayna silahlı qüvvələri Trostyanes şəhərini geri almağa davam edir: "Şəhər tezliklə Rusiya qoşunlarının qalıqlarından təmizlənəcək".







Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31