Çin hakimiyyəti qəzaya uğrayan təyyarədəkilərin hamısının öldüyünü bildirib
26 Mart 2022 21:21 DünyaMartın 21-də Çində qəzaya uğrayan "Boeing 737" təyyarəsinin 132 sərnişini və ekipaj üzvlərinin hamısı ölmüş elan edilib.
Olaylar.az bildirir ki, bu barədə Çin Xalq Respublikasının Mülki Aviasiya Administrasiyasının rəis müavini Hu Çjenxun mətbuat konfransında bildirib.
"Martın 21-də havaya qalxan "China Eastern Airlines MU5735" reysinin göyərtəsində olan 123 sərnişin və 9 ekipaj üzvünün hamısı həlak olub", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31