ABŞ prezidenti Putinə “qəssab” dedi - Peskovdan sərt cavab

ABŞ prezidenti Co Bayden Putini qəssab adlandırıb.

Olaylar.az xəbər verir ki, Polşa ilə Ukrayna sərhədində ukraynalı qaçqın düşərgəsinə baş çəkərkən jurnalistlərdən biri ABŞ liderindən son hadisələr fonunda Putin haqqında nə düşündüyünü soruşub. "O, qəssabdır, mən belə düşünürəm" deyə Bayden cavab verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ prezidenti Co Bayden bu açıqlaması ilə gələcək əlaqələr üçün imkan pəncərəsini daraldır.

Peskov həmçinin qeyd edib ki, bu cür təhqirlər Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşması prosesini yalnız çətinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31