"Rusiyalıların Türkiyəyə səfərində heç bir problem yoxdur" - Çavuşoğlu

Ruslar, o cümlədən iş adamları Türkiyə qanunlarına əməl etsələr, ölkəyə səfər etməkdə heç bir problem yoxdur.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Biz BMT-nin Rusiyaya qarşı sanksiyalarına əməl edirik. Əgər qanunlara əməl edərlərsə, rusiyalıların, o cümlədən oliqarxların, iş adamlarının Türkiyəyə səfərində heç bir problem yoxdur", - Çavuşoğlu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31