“İşğalçılar bu gün nümayişkaranə aksiya planlaşdırıblar” - Vereşuk
26 Mart 2022 17:49 Dünya"İşğalçılar bu gün etnik azərbaycanlıları, erməniləri və Ahıska türklərini Xerson şəhərindən müvəqqəti işğal olunmuş Krıma zorla deportasiya etməyə hazırlaşırlar".
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini - Ukraynanın işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk videomüraciətində bildirib.
"Bizdə olan məlumata görə, işğalçılar bu gün nümayişkaranə aksiya planlaşdırıblar - onlar etnik erməniləri, azərbaycanlıları və Ahıska türklərini Xerson şəhərindən Ukraynanın müvəqqəti olaraq işğal edilmiş Krım yarımadasına deportasiya etmək niyyətindədirlər", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31