"Rus qazından imtina öz ayağına güllə sıxmaqdır" - Aleksandr Vuçiç
26 Mart 2022 17:06 DünyaAvropada, o cümlədən Almaniya və Avstriyadakı rasional siyasətçilər başa düşürlər ki, Rusiya nefti və qazının alınmasına qoyulan qadağa öz ayağına güllə sıxmaqdır.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Onun sözlərinə görə, ABŞ-dan gələn maye qazdan tutmuş Azərbaycandakı yataqlara qədər bütün mənbələr Avropanın artan ehtiyacları üçün kifayət deyil:
"Problem ondadır ki, kifayət qədər qaz yoxdur. Buna görə də almanlar və avstriyalılar deyirlər ki, biz özümüzü məhv edə bilmərik. Əgər Rusiyaya neft və qaz məsələsində sanksiya tətbiq etsək, özümüzü məhv edəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31