Rusiya MN vətəndaşların komissarlığa çağırılması məlumatını təkzib etdi
26 Mart 2022 16:31 Dünya"Hərbi komissarlıqlar ehtiyatda olan Rusiya vətəndaşlarını orduya çağırmayıb, Müdafiə Nazirliyinin belə bir planı yoxdur".
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
"Bütün bu cür saxta zənglər Ukrayna ərazisindən edilir, onlar tamamilə reallığa uyğun gəlmir və Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır", - o deyib.
Konaşenkov qeyd edib ki, son günlər bir çox Rusiya vətəndaşı avtomatik cavablandırma qurğusundan hərbi komissarlığa gəlmək zərurəti barədə məlumat verilən saxta telefon zəngləri alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31