Rusiya qüvvələri Ukraynada şəhər döyüşlərindən niyə çəkinir? - Britaniya kəşfiyyatı
26 Mart 2022 11:02 DünyaRusiya Ukraynanın bir sıra iri şəhərlərini, o cümlədən Xarkov, Çerniqov və Mariupolun mühasirəsini davam etdirir.
APA bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri genişmiqyaslı şəhər döyüşlərindən iştirak etməkdən çəkinir, əksinə, Ukraynanın müdafiə qüvvələrini ruhdan salmaq üçün mülki infrastrukturlara fərq qoymadan hava və artilleriya zərbələrindən istifadə etməyə üstünlük verir.
"Çox güman ki, Rusiya şəhər ərazilərində ağır atəş gücündən istifadə etməyə davam edəcək. Bununla o daha çox mülki insanın ölümü bahasına özünün çoxsaylı itkilərini məhdudlaşdırmaq istəyir", məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31