Zelenskiyə qarşı sui-qəsdin qarşısı alındı
26 Mart 2022 10:33 DünyaUkrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqala sui-qəsdin qarşısı alınıb.
Bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin silahlıları prezident və baş nazirə sui-qəsd hazırlayıb. Lakin Ukrayna kəşfiyyatı yaraqlıları ölkədə və xaricdə izləyib, onlardan bir neçəsi ölkə daxilində məhv edilib.
Ukrayna artıq bununla bağlı bütün faktları Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.
(qaynarinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31