Ukrayna polisi əhalidən 11 tank müsadirə edib
26 Mart 2022 10:27 DünyaUkrayna polisi müharibə başlayandan Poltava vilayəti əhalisindən 11 tank müsadirə edib.
APA bildirir ki, bu barədə vilayətin polis idarəsi bildirib.
Qeyd olunub ki, 1 ay ərzində Poltava vilayətində polis qanunsuz dövriyyədən 11 tank, 2 zirehli avtomobil, 8 pulemyot, 9 avtomat və 4000-dək güllə çıxarıb. Bunlar əsasən döyüş meydanında tərk edilmiş hərbi ləvazimatdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31