Ukraynada hamı bu uşaqdan danışır: Gecə evdən qaçaraq...

 

 

Kiyev vilayətinin Borispol şəhərində yaşayan 11 yaşlı Maksim gecə evdən qaçaraq özünümüdafiə dəstələrin qərargahına gəlib.

Lent.az  xəbər verir ki, bu barədə könüllülərin komandanı Aleksey Kovtun özünün İnstagram səhifəsində bildirib. 

Məlumata görə, Maksim ukraynalı döyüşçülərə əlindən gələni köməyi etmək istədiyini deyib. Uşağın bu hərəkəti döyüşçüləri çox təsirləndirib. Onlar Maksimə minnətdarlıqlarını bildirərək valideynlərinə qaytarıblar. Onlardan isə xahiş ediblər ki, evdən xəbərsiz getdiyinə görə, Maksimi danlamasınlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31