Səudiyyə Ərəbistanında neft anbarına raket zərbəsi endirildi

Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft anbarına raket zərbəsi endirilib.

Olaylar.az xəbər verir ki, raket hücumu Husi qruplaşması tərəfindən həyata keçirilib.

Hücum nəticəsində baş verən yanğın Ciddədə keçirilən Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin təşkil olunduğu trasın yaxınlığında olduğuna görə yarışın sərbəst yürüşlərinin vaxtı dəyişdirilib.

Qeyd edək ki, Yəməndə hərbi əməliyyatlar həyata keçirən koalisiyaya rəhbərlik etdiyinə görə Səudiyyə Ərəbistanı Husi qiyamçıları tərəfindən mütəmadi olaraq hücumlara məruz qalır.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31