Spotify Rusiyada fəaliyyətini dayandırır
25 Mart 2022 23:17 Dünyaİsveçin "Spotify" audio striming platforması Rusiyada fəaliyyətini tamamilə dayandırmaq qərarına gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə isveç nəşrləri şirkətin bəyanatına istinadən yazır.
Məlumata görə, fəaliyyətin tam dayandırılması apreldə baş verə bilər. Əsas səbəb kimi Rusiyada qəbul edilmiş "feyklər" haqqında qanun göstərilir.
"Təəssüf ki, bu yaxınlarda qəbul edilmiş qanun informasiya əldə etmək üçün əlavə məhdudiyyətlər qoyur, ifadə azadlığını məhdudlaşdırır. Bu, əməkdaşlarımızın və bəlkə də dinləyicilərimizin təhlükəsizliyini şübhə altına qoyur", - məlumatda deyilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31