Bayden Ukraynaya qoşun göndərir? - VİDEO

ABŞ Prezidenti Co Bayden amerikalı hərbçilərin Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilə biləcəyinə eyham vurub. 

Olaylar.az xəbər verir ki, Co Bayden bu barədə Polşada ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbçilərinin önündə çıxış edərkən danışıb. 

Belə ki, amerikalı hərbçilərlə Ukrayna və ukraynalılar barədə danışan Bayden bunları söyləyib: "Orada olduqda hər şeyi özünüz görəcəksiniz". 

Baydenin bu çıxışı sosial şəbəkələrdə və həm Rusiya, həm də Ukrayna mediasında müzakirələrə və anlaşılmazlığa səbəb olub.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31