Rusiya səfirliyi “La Stampa” qəzetini məhkəməyə verib

Rusiyanın İtaliyadakı səfirliyi "La Stampa" qəzetini məhkəməyə verib.

Olaylar.az bildirir ki, buna səbəb hərbi jurnalist Domeniko Kuirikonun Rusiya prezidenti ilə bağlı məqaləsi olub.

Ukraynadan söhbət açan məqalə müəllifi qeyd edib ki, hərbi müdaxilə istisnadır, diplomatik cəhdlər səmərəsizdir: "Çıxış yolu Çarı öz yaxınlarının əli ilə öldürməkdir. Bayden, NATO və Avropanın bir nömrəli planı budur: Moskvada kimsə Putini öldürsün və canımız bu ağır yükdən qurtarsın".

Səfir Sergey Razov məqalənin jurnalistika prinsiplərindən uzaq olduğunu iddia edib.

apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31