Finlandiya ilə Rusiya arasında dəmiryolu əlaqəsi dayandırılır
25 Mart 2022 21:21 DünyaFinlandiyanın VR Milli Dəmiryolu Şirkəti Sankt-Peterburq-Helsinki xəttində sərnişin daşınmasını dayandıracağını elan edib.
Olaylar.az bildirir ki, sonuncu qatar bazar günü Sankt-Peterburqdan yola düşəcək.
Qatara yalnız Finlandiya və Rusiya vətəndaşlarının minməsinə icazə verilir. Sanksiyalara rəğmən qatar xəttinin açıq olmasına səbəb hər 2 ölkə vətəndaşlarının vətənə qayıtmasını təmin etmək idi.
Finlandiya hökumətindəki mənbə bildirib ki, artıq xəttin istismarı rentabelli olmadığı üçün reyslər qeyri-müəyyən vaxtadək dayandırılır.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31