Makron Consonun "qırmızı xətti" keçdiyini söyləyib: Bu, NATO-Rusiya müharibəsi olar
25 Mart 2022 21:10 DünyaBoris Consonun müttəfiqlərini Ukraynaya tank və reaktiv təyyarələrin verilməsinə çağırmasından sonra Emmanuel Makron bu addımın "qırmızı xəttin keçilməsi" adlandırib. Bundan sonra Rusiyanın Ukraynaya hücumundan sonra ilk dəfə NATO-da fikir ayrılığı yaranıb.
Olaylar.az istinadən xəbər verir ki, ötən gün NATO sammitində videobağlantı vasitəsilə çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski təkkilatın "bütün təyyarələrin 1 faizini, bütün tankların 1 faizini" tələb edib.
Cənab Conson deyib ki, Britaniya kömək etmək istəyir, lakin orada "logistik problemlər" olduğunu etiraf edib və Ukraynanın şərq müttəfiqlərini ölkəyə zirehli maşınlar verməyə çağırıb.
Fransa dövlət başçısı Emmanuel Makron Boris Consonun təklifi ilə mübahisə edib. Belə bir hərəkətin NATO-nu Rusiya ilə münaqişəyə sürükləyəcəyi qorxusuna görə Ukraynaya tanklar və təyyarələr verilməsini istisna edib. Fransa prezidenti deyib ki, məsələ "qırmızı xətt"dir.
Bu fikir ayrılığı NATO liderlərinin cümə axşamı günü Brüsseldə Rusiyanın Ukraynaya müdaxiləsinə reaksiyasını müzakirə etmək üçün bir araya gəldiyi zaman baş verib.
Artıq şərq cinahını Baltikdən Qara dənizə yayılan 40 min əsgərə qədər gücləndirən təşkilat Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada yeni döyüş birləşmələri yaratmağa razılaşıb.
Lakin NATO Kiyevin uçuşa qadağan zonası tətbiq etməklə Ukraynanın səmasını müdafiə etmək xahişini rədd edib və nüvə silahına malik Rusiya ilə tam hərbi qarşıdurmaya sürüklənmək istəmədiyindən Ukraynaya qoşun göndərməyəcəyini yenidən söyləyib.
NATO liderləri birgə bəyanatda "Rusiyanın təcavüzünə qarşı çıxmaq, Ukrayna hökumətinə və xalqına kömək etmək, bütün müttəfiqlərin təhlükəsizliyini müdafiə etmək əzmimizdə yekdil, qətiyyətli olduqlarını" bildiriblər.
ABŞ prezidenti Co Bayden Rusiyanı "G20" qrupundan çıxarmağa çağırıb. Amerika müharibədən qaçan 100 min ukraynalı qaçqını qəbul etməyə razılaşıb.
Qeyd edək ki, Putin keçən ay Rusiyanın nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirməyi əmr edib. O, NATO müttəfiqlərini Ukraynaya birbaşa müdaxilə etsələr, "tarixdə qarşılaşdığınız hər şeydən daha böyük nəticələrlə" hədələyib.
bizimyol.info