Danışıqlardakı son vəziyyət barədə Rusiyadan - AÇIQLAMA
25 Mart 2022 20:44 Dünya"Rusiya və Ukrayna arasında keçirilən danışıqlarda tərəflər ikinci dərəcəli məsələlər üzrə razılığa yaxındırlar, lakin əsas siyasi məsələlərdə irəliləyiş yoxdur".
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
Onun sözlərinə görə, tərəflər arasında bazar ertəsindən cümə gününə qədər bütün həftə ərzində videokonfrans formatında danışıqlar aparılıb. O bildirib ki, danışıqlar sabah da davam etdiriləcək.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31