İraq və Suriyanın şimalında terrorçular zərərsizləşdirilib
25 Mart 2022 20:10 DünyaTürkiyə Silahlı Qüvvələri İraqda bir PKK, Suriyada isə bir YPG terrorçusunu zərərsizləşdirib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, terrorçulardan biri İraqın şimalında "Pençe-Yıldırım" əməliyyatı zonasında, digəri isə Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı zonasında zərərsizləşdirib.
Müvafiq tədbirləri təmin etmək üçün atəş dəstəyi vasitələrindən istifadə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31