Çin şirkəti Rusiyaya sərmayə qoyuluşu ilə bağlı danışıqları dayandırdı
25 Mart 2022 19:28 DünyaÇinin dövlət şirkəti olan "Sinopec Group" Rusiyaya çoxmilyonluq sərmayə qoyuluşu ilə bağlı danışıqları dayandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" məlumatlı mənbələrə istinadən yazıb. "Sinopec" Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı tətbiq edilən sanksiyalara görə hakimiyyətin ehtiyatlı olmaq çağırışlarından sonra bu qərara gəib.
Söhbət, qaz-kimya zavoduna yarım milyard dollar sərmayə qoyulmasından gedir. Çin nəhəngi Rusiyanın ən böyük neft-kimya şirkəti olan "Sibur"la bir layihədə ortaq olmalı idi.
"Reuters" qeyd edir ki, danışıqlarda fasilə qərarı Qərbin "Sibur"un səhmdarlarından olan Gennadi Timçenkoya qarşı sanksiyalarının tətbiqindən sonra verilib. "Sibur" yeni zavodla bağlı danışıqların dayandırılmasını şərh etməyib, lakin "Sinopec"lə əməkdaşlığı davam etdirdiyini bildirib.
azpost