“Siyasi və humanitar yardıma Ərdoğana səmimi minnətdarlığımızı bildiririk” - Ukrayna XİN

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi 4 məqam üzrə Rusiya ilə heç bir konsensus yoxdur".

Olaylar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. "Dövlətimiz siyasi və humanitar yardıma, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün göstərdiyi diplomatik səylərə görə Türkiyə tərəfinə və xüsusən prezident Ərdoğana səmimi minnətdarlığını bildirir. Vəziyyəti obyektiv qiymətləndirmək vacibdir. Türkiyə prezidentinin qeyd etdiyi dörd məqam üzrə Rusiya ilə konsensus yoxdur. Xüsusən də ölkəmizdə yeganə dövlət dili Ukrayna dilidir və bundan sonra da belə olacaq", - Kuleba vurğulayıb.

Qeyd edək ki, bəzi KİV-lər Ərdoğanın Rusiya ilə danışıqlarına istinadən yazıblar ki, Ukrayna Rusiyanın NATO üzvlüyündən imtina və rus dilinin ikinci dövlət dili kimi tanınması daxil olmaqla, altı tələbindən dördü ilə razılaşmağa hazırdır.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31