"G7" XİN başçıları Şimali Koreyanın raket sınaqlarını pisləyib
25 Mart 2022 19:11 DünyaG7 ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın raket sınaqlarını pisləyib, bunu Pxenyanın öhdəliklərinin pozulması hesab edib və gələcəkdə bu cür hərəkətlərdən imtina etməyə çağırıblar.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya XİN tərəfindən cümə günü dərc edilən birgə bəyanatda deyilir.
"Biz bu hərəkətləri ən kəskin şəkildə pisləyirik. Bunlar KXDR-in BMT Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən 2397 saylı qətnaməsi üzrə öhdəliklərinin açıq şəkildə pozulmasıdır", - bəyanatda vurğulanır.
Bundan əvvəl, Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 24-də Kim Çen Inın birbaşa göstərişi ilə "Hvason-17" qitələrarası ballistik raketi sınaqdan keçirdiyini təsdiqləmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31