Vladimir Jirinovski öldü

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski 76 yaşında vəfat edib.

Milli.Az Mash-a istinadən bildirir ki, o, bu gün Moskva vaxtı ilə 10.45-də xəstəxananın reanimasiya palatasında keçinib.

Son 5 sutkada o, koma vəziyyətində idi. Həkimlər onda septik şok olduğunu deyirdilər.

V.Jirinovski fevralda COVİD-19 koronavirusuna yoluxandan sonra Moskvadakı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31