Koronavirus: Türkiyədə vəziyyət kəskinləşdi - Kütləvi yoluxmalar...

Türkiyədə son gün ərzində 32 min 736 nəfər koronavirusa yoluxub, 193 nəfər isə virusdan dünyasını dəyişib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verilib.

Nazir ölkədə ağır vəziyyətdə olan COVİD-19 xəstələrinin artdığını, vəziyyətin get-gedə pisləşdiyini diqqətə çatdırıb. 

Bəzi kiçik qəsəbələrdə kütləvi yoluxmaların qeydə alınması vəziyyəti bir qədər də mürəkkəbləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31