Hərbi hissəyə hücum: onlarla ölü və yaralı var
"Taliban" qruplaşması Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Akça rayonundakı hərbi hissəyə hücum edib.
17 İyun 2020 13:06 Dünya"Taliban" qruplaşması Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Akça rayonundakı hərbi hissəyə hücum edib.
Olaylar.az xəbər verir ki, nəticədə 12 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Rayon valisi Əbdül Maruf Azər mətbuata açıqlamasında 5 nəfərin yaralandığını, 4 nəfərin taliblər tərəfindən əsir götürüldüyünü deyib.
Hücuma qarşılıq verən əfqan polislər 5 terrorçunu öldürməyə müvəffəq olub. 10-u isə yaralanıb.
"Taliban"dan olayla bağlı açıqlama gəlməyib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31