Fransada səhiyyə işçiləri etiraza qalxdılar
17 İyun 2020 12:41 DünyaÜç ay sanitar böhrandan sonra Fransada həkimlər, tibb bacıları, xəstə baxıcıları, səhiyyə işçiləri etiraz aksiyası keçirərək, hökumətə sanitar böhran vaxtı verdiyi vədləri xatırladıblar. Nümayişçilər "alqışlar bitdi, indi isə mitinqlərə" şüarı altında küçələrə axışıblar.
AzərTAc bildirir ki, Paris prefekturasının məlumatına əsasən paytaxtda Ordu muzeyinin qarşısında 18 mindən çox nümayişçi toplaşıb.
Bəzi şəhərlərdə radikal anarxist qruplar dinc nümayişi pozaraq, avtomobilləri yandırıblar. Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib, 26 nümayişçi saxlanılıb.
Fransanın 220 şəhərində 50 mindən çox səhiyyə işçisi etiraz nümayişlərinə qatılıb.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31