ABŞ-da karantindən sonra açılan kilsələr yenə bağlandı – Yoluxma var

ABŞ-ın cənubunda karantindən sonra yerli hakimiyyət orqanları tərəfindən verilən icazə əsasında açılan iki kilsədə koronavirusa yoluxma faktları aşkar edilib. Olaylar.Az xəbər verir ki, yoluxma faktı Corciya və Texas ştatlarında qeydə alınıb. Bundan sonra kilsələr yenidən bağlanmağa məcbur olublar.

Bildirilir ki, kilsələrda qoyulan bütün qaydalara riayət edilib, ibadətə gələnlər hamısı qoruyucu maskalarda olub, sosial məsafə gözlənilib. Bununla belə, Texasda kilsənin 5 əməkdaşında koronavirus aşkar edilib, pastor Donnel Kirşner isə dünyasını dəyişib.

Son məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri, ölənlərin sayı isə 230 mn nəfəri keçib.

day.az

ABŞ Ukraynaya koronavirusla mübarizə üçün 15,5 milyon dollar ayırıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31