ABŞ Ukraynaya koronavirusla mübarizə üçün 15,5 milyon dollar ayırıb
20 May 2020 12:30 DünyaUkrayna hakimiyyəti yeni növ koronavirusla mübarizə üçün ABŞ-dan 15,5 milyon dollar yardım alıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Kiyev ABŞ-dan yerli tibb müəssisələrinin xəstələrə qulluq və koronavirusa qarşı mübarizədə imkanlarını yaxşılaşdırmağa imkan yaradacaq 13,1 milyon dollar humanitar yardım alıblar.
Bundan əlavə, Ukrayna tərəfi ABŞ-dan pandemiya dövründə əhalinin həssas qruplarına dəstək üçün nəzərdə tutulan 2,4 milyon dollar da alıb.
Qeyd edilir ki, son 20 il ərzində ABŞ Ukraynaya təxminən 5 milyard dollar yardım ayırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31