Bu ölkədə müsəlmanların dəfni üçün yer yoxdur - Yüzlərlə cəsəd...
12 May 2020 12:02 DünyaFransada COVİD-19 səbəbindən müsəlmanların dəfni üçün yer qalmayıb.
Olaylar.az xəbər verir ki, bu barədə müsəlmanların cənazə işləri ilə məşğul olan Tahara Dərnəyinin sədri və tibb işçisi Abdessəməd Akrac bildirib.
Onun sözlərinə görə, normal şərtlərdə müsəlmanların cənazələri istəkləri əsasında ölkə xaricinə göndərilirdi, amma hazırda pandemiya səbəbindən bu mümkün deyil.
Akrac ölkədə olan məzarlıqlarda da müsəlmanlar üçün ayrılan bölümlərdə yer almadığını deyib:
"Məzarlıqda yer qalmadığı üçün yüzlərlə cəsəd soyuducularda və morqlarda saxlanılır".
Akrac əlavə edib ki, Avropa Birliyi üzvü olmayan ölkələrin sərhədləri bağlaması ilə durum daha da pisləşib:
"Ölkələrin sərhədləri bağlaması səbəbindən türklər istisna olmaqla, müsəlmanların cənazələri ölkə xaricinə göndərilmir".
Qeyd edək ki, Fransa müsəlmanlarının ən böyük təşkilatı olan Fransa İslam Şurası bu mövzu iə bağlı prezident Makrona müraciət edib.
Məlumata görə, ölkədəki 300 məzarlıqda müsəlmanlar üçün ayrılan bölümlərdə təxminən 100 nəfərin dəfni üçün yer ayrılır.
teleqraf.com