Qırğızıstanda 241 tibb işçisində koronavirus çıxdı

Qırğızıstanda koronavirusa 21 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 1037-yə çatıb. Onlardan 241 nəfəri tibb işçisidir. İndiyədək 709 nəfər sağalıb, 12 xəstə həyatını itirib.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31