Trampı öldürməklə hədələyən şəxs saxlanıldı
Trampı öldürməklə hədələyən şəxs saxlanıldı
10 Fevral 2020 11:21 DünyaABŞ Prezidenti Donald Trampı öldürməklə hədələyən Florida ştatının sakini Rodcer Hedcpet hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Ağ Evin yaxınlığında tutulub. İnsident şənbə günü səhər saatlarında baş versə də, mətbuata bu barədə bir sutkadan sonra məlumat verilib. 25 yaşlı Florida sakini polisə üzərində bıçağın olduğunu və onunla Prezident Trampı öldürmək niyyəti barədə deyib.
Rodcer Hedcpet ABŞ Məxfi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun psixoloji problemləri olduğu məlum olub. Sakinin üzərində 9 santimetrlik ülgüclü bıçaq və boş tapança koburası tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31