Çində rus pilotların kütləvi şəkildə işdən çıxarılmasının səbəbi açıqlandı
Çində rus pilotların kütləvi şəkildə işdən çıxarılmasının səbəbi açıqlandı
9 Fevral 2020 10:37 DünyaRusiya pilotlarının Çin aviaşirkətləri tərəfindən kütləvi şəkildə işdən çıxarılmasının səbəblərindən biri koronavirus səbəbiylə sərnişin axınının azalmasıdır.
Bu haqda məlumatı keçmiş təyyarə komandiri və təhlükəsizlik mütəxəssisi Aleksandr Romanov bildirib.
Ura.ru nəşri yazır ki, Çin şirkətləri yerli mütəxəssislər yetişdirmək üçün Rusiyadan pilotları işə götürüblər.
Romanov bildirib ki, hazırda rus pilotları Çində kifayət qədər kadr hazırlayıb.
Qeyd edək ki, Çin aviaşirkətləri əcnəbi pilotları kütləvi şəkildə işdən qovur. Rusiya pilotları da bu baxımdan işlərini itirirlər.
KONKRET.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31