Liviya ilə bağlı mühüm toplantı - Razılıq əldə edildi

Liviya ilə bağlı mühüm toplantı - Razılıq əldə edildi

İsveçrədə Liviya Milli Razılıq Hökuməti ilə Xəlifə Haftarın rəhbəri olduğu Liviya Milli Ordusu arasında 5+5 formatında keçirilən danışıqların ilk turu yekunlaşıb.

Tərəflər bu ilin 12 yanvar tarixindən başlayan atəşkəsin davam etməsinin vacib olduğu ilə bağlı razılaşıblar:

"Tərəflər eyni zamanda ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyi, xarici qüvvələrin Liviya ilə bağlı veriləcək qərarlara müdaxilə etməməsi, muzdlu əsgərlərin Liviya ərazisindən çıxarılması, terrorçu qruplarla müharibəyə davam etməyi və immiqrantların evlərinə qayıtması mövzusunda razılıq əldə ediblər".

Qeyd edək ki, növbəti iclas fevralın 18-nə təyin edilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31