Suriya ilə bağlı təcili iclas keçiriləcək
Suriya ilə bağlı təcili iclas keçiriləcək
5 Fevral 2020 12:03 DünyaBMT Təhlükəsizlik Şurası Böyük Britaniya, ABŞ və Fransanın müraciəti əsasında Suriyadakı vəziyyətlə əlaqədar təcili iclas keçirməyə hazırlaşır.
Bu barədə TASS-a xəbər verir.
Təşkilatdakı mənbənin verdiyi məlumata görə, adları çəkilən ölkələr BMT-də Baş katibin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersenin, eləcə də BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin nümayəndələrinin iştirakı ilə Suriyanın şimal-qərbindəki vəziyyətlə bağlı brifinq keçirilməsini tələb edib.
İlkin məlumata görə, iclas fevralın 6-da keçiriləcək.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31