Ağ evdə gizli toplantı - İrana qarşı yeni planlar hazırlanır

Ötən ay Ağ evdə İranla bağlı gizli toplantı keçirilib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası amerikalı rəsmilərə əsasən məlumat yayıb.

Bildirilir ki, toplantıda ABŞ, İsrail və Birləşmiş Ərəb Əmirliklərindən olan yüksək rütbəli nümayəndələr iştirak edib. İddialara görə, məqsəd İrana qarşı atıla biləcək addımlarda İsrail BƏƏ koordinasiyasını gücləndirməkdir.

Həmçinin, rəsmilər Tehranla bağlı həyata keçiriləcək planlar barədə müzakirə aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31