Alimlərdən xəbərdarlıq:  Güclü geomaqnit qasırğası başladı

Yer kürəsinin son iki ilin ən güclü maqnit qasırğası başlayıb.

News24.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, bu haqda Rusiya Elimlər Akademiyasının baş elmi işçisi Sergey Boqaçov açıqlama verib. O deyib ki, bu, qeyri-adi hadisədir. Günəşdəki fəallığın artmasından yaranan geomaqnit qasırğalar beş balla qiymətləndirlir. Bu maqnit qasırğası üç bal dərəcəsindədir. 5 bal dərəcəsində isə nadir hallarda 10-20 ildən bir olur. 
Mütəxəssis qasırğanın maksimum mərhələdə olduğunu qeyd edib və meteohəssas insanlara diqqətli olmağı tövsiyə edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31