Pilot vulkan gölünü ən yaxın məsafədən çəkdi - Video

Vertolyot pilotu Endi Martin vulkan kraterində yaranan lava gölünü lentə alıb.

"Qafqazinfo" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, pilot Melaneziya ada qrupunun Vanuatu adasında aktiv olan Ambrin vulkan kompleksini videoya çəkib. Həmin kadrlarda lava gölünün qaynaması əks olunub.

Qeyd edək ki, Vanuatu adasında vulkanık proseslər daim  turistlərin marağına səbəb olsa da, yerli sakinlər üçün problemlər yaradır. Belə ki, püskürmə zamanı sovrulan küllər, tullantılar torpağı, havanı çirkləndirir. Bu səbəbdən hökumət əhalini həmin ərazidən köçürmək istəyir.

Aysel Kərimova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31