Ərdoğan ölkənin müdafiəsini tək quruma tapşıracaq
12 İyul 2018 14:02 DünyaTürkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı və Müdafiə Nazirliyi birləşdirilə bilər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
Sözügedən məsələ Türkiyədə hələ 2014-cü ildə gündəmə gətirilib. Türkiyə Prezidenti belə güclü ölkənin müdafiə sahəsinə cavabdehlik üçün iki strukturun fəaliyyətini düzgün hesab etmədiyini qeyd edib.
Xatırladaq ki, Baş Qərargahın rəisi Hulusi Akar müdafiə naziri təyin olunub. Akarın yerinə isə Quru Qoşunları komandanı Yaşar Gülər gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31