NATO Qara dənizə çıxışını genişləndirir
12 İyul 2018 13:54 DünyaNATO Gürcüstanın avroatlantik məkana inteqrasiyasını tam dəstəkləyir. Gürcüstan gələcəkdə NATO-nun üzvü olacaq.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansın Brüsseldə davam edən sammitindəki çıxışında deyib. Bildirib ki, NATO-nun Gürcüstanla tərəfdaşlığı unikaldır və Tbilisi alyansın ən əsas tərəfdaşı və etibarlı dostlarındandır.
Bununla belə, Stoltenberq Gürcüstanın nə qədər müddətə NATO-ya üzv olacağını açıqlamayıb.
Gürcüstanın alyansa üzvlüyünün hazırlanması üçün birgə işləyəcəklərini deyən Stoltenberq xüsusilə vurğulayıb ki, tezliklə Qara dənizdə hərbi əməkdaşlığı gücləndirəcəklər: "NATO və Gürcüstan yaxın zamanlarda hərbi təlimlər də daxil olmaqla, Qara dənizdə təhlükəszilik sferasının genişləndirilməsi məsələsinə baxacaqlar."
Qeyd edək ki, mayda Gürcüstanın sabiq baş naziri Georqi Kvirikaşvili ölkəsinin 2021-ci ildə NATO-ya daxil olacağını bəyan etmişdi.
AzVision.az