Şəhid pilotun pulu 20 il sonra terrorçunun cibindən çıxdı
12 İyul 2018 13:19 DünyaŞəhidin pulu terrorçunun cibindən çıxdı.
Bu günlərdə Türkiyə hərbçiləri axtarışda olan "Welat Gever" kod adlı terrorçu Sefer Aracı zərərsizləşdiriblər.
Belə ki, o, 1998-ci ilin 27 noyabr tarixində Türkiyənin Hakkari rayonunun Dağlıca bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus "Skorsky" helipokterinin vurulması nəticəsində 15 türk əsgərinin şəhid olmasına görə axtarışa verilmişdi.
Həmin helikopterin vurulmasına və 15 hərbçinin məhv edilməsinə bais olan PKK-lı terrorçu nəhayət 20 il sonra zərərsizləşdirildi.
Terrorçunun üzərindən isə 1998-ci ildə dövriyyədə olan 500.000 TL pul çıxıb.
Pulun üzərində isə terrorçu tərəfindən"bu, məhv edilən helikopterin pilotunun parasıdır (puludur)-11-27-1998"- deyə, yazıldığı məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31