Gürcüstanda helikopter qəzası - Yaralılar var

Gürcüstanın Kaxeti bölgəsində helikopter qəzaya uğrayıb.

Sərhəd polisinə məxsus helikopter qəza baş verən zaman "Laqodexi" bölməsində xidməti uçuş yerinə yetirirmiş.

Qəza nəticəsində 5 ekipaj üzvü xəsarət alıb. Yaralılar Telavi xəstəxanasına yerləşdiriliblər. Hadisənin səbəbləri araşdırılır.

AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31