İsrail ordusu Suriyaya endirilən zərbələr barədə məlumatı şərh etməkdən imtina edib

Biz xarici KİV-lərdə yayılan məlumatları şərh etmirik.

Biz xarici KİV-lərdə yayılan məlumatları şərh etmirik.

Bu barədə "TASS"a İsrail ordusunun mətbuat xidmətinin nümayəndəsi "SANA" agentliyinin İsrailin Suriyanın hərbi mövqelərinə zərbələr endirməsi barədə məlumatına münasibət bildirəkən deyib.

Qeyd edək ki, daha əvvəl "SANA" agentliyi Suriya havadan müdafiə bölmələrinin İsrail ordusunun Əl-Kuneytra şəhəri yaxınlığına endirdiyi zərbələri dəf etməsi barədə məlumat yaymışdı. Məlumata əsasən, zərbələr Kurs-ən-Nafal rayonunda hərbi mövqelərə endirilmişdi.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31