ABŞ-a yatırılan investisiya 32% azaldı
12 İyul 2018 11:13 Dünya2017-ci ildə ABŞ iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 32% azalıb.
Bu barədə informasiyanı ABŞ Ticarət Nazirliyi yayıb. Nazirlik keçən il ölkəyə yatırılan birbaşa investisiyaların 259,6 milyard dollar olduğunu bildirib. Bu isə 2016-cı ildə qeydə alınan göstəricidən 120 milyard dollar azdır.
Nazirlik həmçinin ölkəyə ən böyük investisiyanı Kanadanın yatırdığını bildirib. Belə ki, Ottava keçən il ərzində ABŞ-a 66,2 milyard dollar yatırıb. Ondan sonrakı yerlərdə Britaniya (40,9 milyard) və Yaponiya (34 milyard) qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31