NATO: "AB heç vaxt NATO-nu əvəz edə bilməyəcək"
11 İyul 2018 18:13 DünyaAvropa Birliyi heç vaxt NATO-nu əvəz edə bilməz.
Bunu NATO Baş katibi Yens Stoltenberq Brüssel sammitindən öncə jurnalistlərə verdiyi açıqlamada söyləyib.
O, AB-nin NATO-ya alternativ yarada bilməyəcəyini də deyib.
Qeyd edək ki, son günlər Avropada vahid AB ordusunun yaradılması məsələsi gündəmə gəlib. Bu istiqamətdə aktivlik ABŞ-ın yeni ticarət rüsumlarından sonra yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31